Dişləri yumaq və təmizləmək üçün diş fırçaları, pastaları, tozları və flosslarından ( diş saplarından) istifadə olunur.Təravətləndirici kimi isə muxtəlif növ eleksirlərdən və saqqızlardan istifadə oluna bilər. Diş fırçaları liflərinin mənşəyinə gorə iki cür olur: 1.Təbii lifli diş fırçaları 2. Süni lifli diş fırçaları Təbii lifli diş fırçaları əsasən donuz və dələ tükündən hazırlanır. Bu növ diş fırçaları yumşaq lifli olur. Bu növ fırçalar dişlərin üzərindəki ərpi tam təmizləmədiyi üçün yalnız diş əti xəstəliklərində məsləhət görülür. Süni lifli fırçalar təbii lifli fırçalardan sərt olduğu üçün dis aralarına yaxşı sirayət edir və diş ərplərini daha yaxşı təmizləyir. Diş fırçasını hər fəslin əvvəlində (yəni üç ayda bir dəfə) dəyişmək məsləhətdir. Dişləri düzgün təmizləmə qaydaları: 1.Əvvəlcə dişlərin ön (frontal) hissəsi soldan sağa və yuxardan aşağıya doğru təmizlənir. 2.Dişlərin çeynəmə səthi təmizlənir. Bu zaman fırça dişlərin üzəri ilə arxa sol tərəfdən arxa sağ tərəfə doğru hərəkət etdirilir. 3.Dişləri arxa tərəfdən diş sırası ilə aşağıdan yuxarıya (aşağı dişlər üçün) və yuxardan aşağıya (yuxarı dişlər üçün) firçanın süpürləyici hərəkət ilə təmizləmək lazımdır. Diş firçasının işlək hissəsi üç dişin eninə uyğun, orta sərt və ya sərt olmalıdır.Dişlər gün ərzində səhər və axşam 2-3 dəq yuyulmalıdır. Stomatoloji xəstəliklər zamanı diş əti intensiv surətdə zədələndiyi üçün dişlərin təmizlənməsində ağardıcı pastalarla yanaşı müalicəvi pastalardan da istifadə edilir. Ağız boşluğu qulluğuna iki yaşından başlamaq lazımdır. Uşaqlar dişlərini əvvəllər pastasız yumalıdırlar.4-5 yaşından sonra isə uşaqlar dişlərini boyüklər kimi gündə iki dəfə pasta ilə yumalıdırlar.Uşaqlar üçün fırca seçərkən fırçaların yaş həddinə fikir verilməlidir.(5 yaşından kiçik və ya 5 yaşından böyük uşaqlar üçün fırçalar). Pastalara gəldikdə isə uşaqlar üçün meyvəli və ətirli pastalar mövcuddur. Dişlərə yaxşi qulluq həyata sağlam gülüş bəxş edir. |